BAKI. 30 iyul. TELEQRAF
“Rusiyaya qarşı yeni məhdudiyyətlər Ukraynadakı münaqişənin sona çatmasına kömək etməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Cenevrədə jurnalistlərə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, sanksiyalar və embarqolar heç vaxt nəticə vermir və uğur gətirmir: “Rusiyaya qarşı yönəlmiş sanksiyaların da həlledici mənası olmayacaq. Əksinə, Moskva mövcud siyasi gündəmə uyğun olaraq təhlükəsizlik sahəsində öz maraqlarına uyğun addımlar atmağa davam edəcək.
Embarqo və ya oxşar tədbirlərlə müharibəni dayandıra bilməzsiniz. Məqsəd belə tədbirlər görmək deyil, danışıqlar yolu ilə sülhə yol açmaqdır".