AZ

Menopozun qadınlara verdiyi 5 gözlənilməz fayda açıqlandı

Ginekoloq Tatyana İlyuxina menopozun düşündüyümüz qədər mənfi bir dövr olmadığını, əksinə, qadınlara bir sıra gözlənilməz üstünlüklər qazandırdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, bu üstünlükləri şəxsi Telegram kanalında izah edib.

İlyuxinanın sözlərinə görə, menopozun ilk və ən rahatladıcı tərəfi aybaşı dövrünün bitməsi ilə bağlıdır: “Artıq ağrı, PMS, gözlənilməz sürprizlər və gigiyenik vasitələrə ehtiyac yoxdur”.

Bundan əlavə, əgər menopoz həkim tərəfindən rəsmi şəkildə təsdiqlənibsə, artıq kontrasepsiya məsələləri də gündəmdən çıxır. Bu, bir çox qadın üçün həm psixoloji, həm də praktiki rahatlıqdır.

Ginekoloq qeyd edir ki, hormonal səviyyə stabilləşdikdən sonra bir çox qadın özündə enerji artımı və emosional sabitlik hiss edir. Aybaşı dövrünün yaratdığı əqli və fiziki yüklər aradan qalxdığı üçün qadınlar özlərinə və maraqlarına daha çox vaxt ayıra bilirlər.

Beləliklə, İlyuxina menopozun qadın sağlamlığında yalnız son deyil, həm də yeni bir başlanğıc olduğunu vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
30
e-saglam.az

1Mənbələr