AZ

Lula da Silva: Mallarımızı almaq istəyənlərə satacağıq

Braziliya ABŞ-ın mallarına tətbiq edə biləcəyi mümkün gömrük rüsumlarına görə ciddi narahatlıq keçirmir və ehtiyac olarsa, alternativ alıcılar tapacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva New York Times-a verdiyi müsahibədə bildirib.

Donald Trampın 1 avqustdan etibarən Braziliya məhsullarına qarşı rüsum tətbiq ediləcəyi ilə bağlı hədəsinə cavab olaraq, da Silva ölkəsinin Çinlə xüsusi münasibətlərə malik olduğunu vurğulayıb. Bununla yanaşı, ABŞ və Çin arasında ticarət gərginliyi artarsa, heç bir tərəfə qoşulmayacağını da qeyd edib.

“Kim almaq istəyirsə, mən satmağa hazıram. Əgər ABŞ istəmirsə, başqasını tapacağıq,” – deyə Braziliya prezidenti bildirib.

Seçilən
5
nocomment.az

1Mənbələr