AZ

Messi MLS-də ayın ən yaxşı oyunçusu seçilib

"İnter Mayami"nin hücumçusu Lionel Messi iyul ayının ən yaxşı MLS oyunçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

İyulda argentinalı beş matçda səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Bu müddətdə Messinin yer aldığı Florida ştatının komandası "Klebes de Foot Monreal" (4:1), "Nyu England Revolution" (2:1), Naşville (2:1), "Cincinnati"yə uduzdu (0:3), həmçinin "Nyu York Red Bulls"u (5:1) məğlub etdi. Lionel heyətdə olmayan "İnter Mayami" "Cincinnati" ilə bərabərə qaldı (0:0).

Hazırda "İnter Mayami" Şərq Konfransının turnir cədvəlində 42 xalla beşinci yerdədir.

Seçilən
32
90deqiqe.az

1Mənbələr