AZ

Dini ziyarət üçün xaricə gedən azərbaycanlıların sayı artıb – Ölkələr üzrə siyahı

Bu ilin ilk yarısında turizm məqsədi ilə xarici ölkələrə 601 min 77 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edənlərin 16 min 249 nəfəri və ya 2,7%-i xarici ölkələrə dini ziyarət məqsədi ilə gedib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dini ziyarət məqsədi ilə xaricə gedənlərin sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 14 min 416 nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə dini ziyarətə gedib.

Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 8 min 503 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanına səfər edən ziyarətçilərin sayı 17,7% artıb.

Azərbaycan vətəndaşları bu ilin ilk yarısında  dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər:

Səudiyyə Ərəbistanı – 8 503 nəfər;

Türkiyə – 3 874 nəfər;

Rusiya – 1 595 nəfər;

Birləşmiş Ərəb Əmirlikləri – 1 354 nəfər;

İran – 386 nəfər;

Gürcüstan – 193 nəfər;

İsrail – 114 nəfər;

Qazaxıstan – 99 nəfər;

İraq – 63 nəfər;

Özbəkistan – 28 nəfər;

Qətər – 21 nəfər;

Qırğızıstan – 2 nəfər;

Digər ölkələr – 16 nəfər.

Seçilən
6
3
hurriyyet.az

4Mənbələr