BAKI, 30 iyul. TELEQRAF
Yuxu rejimin pozulması 170-dən çox xəstəliyin, o cümlədən diabet, qaraciyər sirozu və Parkinson xəstəliyinin inkişaf riskinə birbaşa təsir göstərir.
Teleqraf xəbər verir ki, bu barədə məlumat “Health Data Science” elmi jurnalındakı araşdırma nəticələrində öz əksini tapıb.
90 min nəfərin məlumatlarının genişmiqyaslı təhlili nəticəsində məlum olub ki, yuxu pozğunluğu bir sıra ciddi xəstəliklərin inkişaf riskini iki dəfədən çox artıra bilər. Xüsusilə, saat 00:30-dan sonra yuxuya gedən insanlarda qaraciyər sirrozuna tutulma ehtimalı 23:00 radələrində yatanlarla müqayisədə 2,5 dəfə çox rast gəlindiyi müəyyənləşib. Yuxu rejimin olmaması qanqrena və kəskin böyrək zədələnməsi riskini əhəmiyyətli dərəcədə artırır.
Tədqiqatçılar müəyyən ediblər ki, yuxu pozğunluğu olan insanlarda qanda iltihab markerlərinin - leykositlərin və C-reaktiv zülalın səviyyəsi yüksəlir.
Həkimlər qeyd edib ki, xəstəliklərin qarşısını almaq üçün kifayət qədər yuxu almaq deyil, həm də onun nizamlılığını və sabitliyini qorumaq vacibdir.