AZ

Yunan-Roma güləşçilərimizdən bir dəst medal

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşçilərin mübarizəsi yekunlşıb.

Bu gün medal uğurunda 3 güləşçimiz mübarizə aparıb.

U-17 dünya çempionatı
Yunan-Roma güləşi

45 kq
Abdurrahman Hüseynli bürünc uğrunda Timur Məhərrəmovla (Ukrayna qarşılaşıb. 9:0 hesabı ilə qalib gələn güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb

51 kq
Hikmət Haqverdiyev finalda Otabek Tursnovla üz-üzə gəlib. 1:4 hesabı ilə məğlub olan təmsilçimiz gümüşlə kifayətlənib.

60 kq
Əli Nəzərov dünya çempionu olub. O, finalda Qırğızıstan idmançısı Amangəldi Ysankbayevə 6:1 hesabı ilə qalib gəlib

Qeyd edək ki, Yunan-Roma güləşçilərimiz dünya çempionatını bir dəst medalla başa vurublar.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr