2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Qəbələ” daha bir futbolçusu – Ürfan İsmayılov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasına xitam verilib. Klub futbolçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Ürfan İsmayılov “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.
“Qəbələ” daha öncə Emil Süleymanov, Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Xəyyam Məmmədli, Elvin Yunuszadə və Sənan Ağalarovla da yollarını ayırmışdı. Prins Ovusu ilə yeni müqavilə bağlamış əyalət klubu İsaak Amoa, Paulo Kimbila və Adriel Ba Luanı da heyətinə qatıb.