AZ

Hakan Çalhanoğlu ''İnter''də xoşbəxt imiş...

Yayboyu əvvəlcə ''Qalatasaray''ın, sonra da ''Fənərbaxça''nın dilindən düşməyən ''İnter''li Hakan Çalhanoğlu İstanbuldan ayrılaraq İtaliyaya gəlib və məşqlərə başlayıb. Özü də Türkiyə yığmasının kapitanı elə açıqlama verib ki, sanki yayboyu adı transferdə hallanan o deyilmiş.

''İnter''ə qayıtdığını görə sevincli olduğunu bildirən təcrübəli yarımmüdafiəçisi kapitan Lautaro Martines ilə yaşadığı mübahisəyə də aydınlıq gətirib:
''Geri döndüyüm üçün xoşbəxtəm. ''İnter'' üçün darıxmışdım. Artıq hazıram. Transfer dedi-qoduları hər yay olur. Düzdü, bu yay əvvəlki illərlə müqayisədə bir qədər çox oldu. Ancaq mənim ağzımdan heç bir söz çıxmamışdı. Açıqlama vermək və geri dönmək üçün bu anı gözləyirdim. Xoşbəxtəm və ''İnter''in futbolçusuyam. Karyeramı burda davam etdirmək istədiyimi zatən hər zaman söyləmişəm. Hədəfim burda titullar qazanmaqdı. Lautaro ilə həmin olay barədə söhbət etdim. İkimiz də peşəkarıq. Hər şey yoluna qoyuldu. Artıq heç bir problem yoxdu. Kapitan hazırda tətildədi. Qayıtdıqdan sonra bir-birimizə sarılacağıq və hər şey unudulacaq. İstirahətdən sonra hamımızın beyni rahatlayacaq. Yeni müqavilə? Nə olacağını görəcəyik. Ümid edirəm ki, razılığa gələcəyik. Dediyim kimi burda titullar qazanmaqda davam etmək istəyirəm''.
''İnter'' fanatları da bu futbolçunu ''Hakan sən bizdən birisən, səni sevirik'' pankartı ilə qarşılayıblar.
Seçilən
19
football-plus.az

1Mənbələr