AZ

Navalnının memuarları “ekstremist” materiallar siyahısına əlavə edildi

Rusiya Ədliyyə Nazirliyi mərhum müxalifətçi Aleksey Navalnının “Patriot” kitabını “ekstremist” materiallar siyahısına əlavə edib.

Bu barədə departamentin saytında dərc olunmuş məlumatda bildirilib.

Siyahıya 2024-cü ildə Litvanın “One Book Publishing” nəşriyyatı tərəfindən dərc edilmiş rusdilli nəşr daxildir.

Bildirilib ki, Navalnının xatirələrinin “ekstremist” materiallar siyahısına salınması barədə qərarı iyunun 9-da Leninqrad vilayət məhkəməsi qəbul edib.

Xatırladaq ki, Aleksey Navalnının “Patriot” memuarları 2024-cü il oktyabrın 22-də - siyasətçinin Rusiyanın cəzaçəkmə koloniyasında ölümündən təxminən doqquz ay sonra nəşr olunub. Kitab 20-dən çox dilə tərcümə olunub. Siyasətçinin xatirələri 2025-ci il üçün “British Book Awards”da “ilin kitabı” olub, həmçinin “Narrative Non-fantastika” nominasiyasında qalib olub. \\Yeniavaz.com 

Seçilən
21
hurriyyet.az

1Mənbələr