Ukrayna Silahlı Qüvvələri üçün ballistik raketlərin hazırlanması prosesində ölkə “çox yaxın mərhələyə çatıb”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal BBC-nin Ukrayna xidmətinə verdiyi müsahibədə bildirib.
“Ukrayna prezidenti artıq bəyan edib ki, ölkəmiz öz ballistik raketlərinə sahib olacaq. Biz buna çox yaxınlaşmışıq. Bu mövzu ilə bağlı ictimai şəkildə deyə biləcəyim əsasən budur,” – deyə nazir qeyd edib.