AZ

Gəncədə özək klinikada müalicə alan şəxs vəfat etdi

Bir neçə gün öncə yaxınları tərəfindən xəstənin verilməməsinə etiraz olaraq Gəncə "DNK Hospital" özəl tibb müəssisəsinin qarşısında etiraz edən 1989 - cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib. Teleqraf-ın yerli bürosuna açıqlama verən Elçin Böyükkişiyev bildirib. Onun sözlərinə görə, A. Məmmədov bir neçə saat öncə həyatını itirib

"Klinikandan bizə zəng vurdular ki, meyidi gəlin aparın. A. Məmmədovun meyidini bizə növbətçi həkim verib. Gəncə şəhərində dəfn olunacaq"

Məlumat üçün bildirək ki, A. Məmmədovun yaxınları bir neçə gün öncə onun yerləşdirildiyi klinikanın qarşısında həkimlərə etiraz etmişdilər. Onlar yaxınlarının vəfat etdiyini, həkimlərin isə A. Məmmədovu məqsədli şəkildə reanimasiya şöbəsində saxladıqlarını bildirmişdilər. Xəstəxana rəsmiləri isə qarşı tərəfin iddiasının əssasız olduğunu vurğulamışdı.

Xatırladaq ki, A.Məmmədov iyul ayının 24-ü Gəncə şəhərində yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.Mərum ailəli idi iki övladı var.

Seçilən
75
teleqraf.com

1Mənbələr