Sabah Bakıda Suriya və İsrail arasında nazirlər səviyyəsində görüş baş tutacaq.
Bu barədə “Report” “The Times of Israel”ə istinadən xəbər verir.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer iştirak edəcək.
Qeyd olunur ki, danışıqlarda təhlükəsizliklə bağlı vəziyyət, o cümlədən Suriyanın cənubundakı vəziyyət müzakirə olunacaq.