AZ

Rusiyanın yeganə təyyarədaşıyan gəmisinin təmiri dayandırıldı

“İzvestiya” və “Kommersant” kimi Rusiya KİV-lərinin məlumatına görə, təmir işləri qeyri-müəyyən müddətə dayandırılıb.

Turkustan.az xəbər verir ki, gəminin təmiri və modernləşdirilməsi layihəsi texniki problemlər, korrupsiya və Ukrayna müharibəsi ilə daha da kəskinləşən büdcə böhranı səbəbindən dayanıb.

“İzvestiya”nın məlumatına görə, təmirin dayandırılmasının iki əsas səbəbi var. Birincisi, Rusiyanın Ukraynadakı müharibə ilə əlaqədar bütün hərbi xərclərini quru və hava cəbhələrinə yönəltməyə yönəlməsi. İkincisi, təyyarədaşıyan konsept indi Rusiyanın hərbi dairələrində sual altındadır.

Rusiyanın Sakit Okean Donanmasının keçmiş komandiri admiral Sergey Avakyants Rusiya mətbuatında klassik təyyarədaşıyanların müasir döyüşlərdə həssas və bahalı strukturlar olduğunu, Rusiya Hərbi Dəniz Qüvvələrinin gələcəyinin pilotsuz və robot sistemləri ilə təchiz edilmiş platformalarda olduğunu bildirib. Rusiya Hərbi Dəniz Qüvvələri komandanının müavini, vitse-admiral Andrey Kostin “Kommersant”a bildirib ki, gəmi sökülə bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
1
turkustan.az

2Mənbələr