Sabah Suriya və İsrail rəsmiləri Bakıda görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu haqda AFP nəşri məlumat yayıb.
Qeyd edilib ki, danışıqlarda ölkələrin nazirləri iştirak edəcəklər və çox güman ki, tərəflər arasında koordinasiyanı müzakirə edəcəklər.
***
Məlumata görə, İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edəcək.
Görüşdə Suriyada təhlükəsizliklə bağlı vəziyyət müzakirə olunacaq.