AZ

Tramp bir halda özünü Baydenlə müqayisə etdi



ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin qolf oyununu şərh edərkən onun vəziyyəti ilə bağlı ironik fikirlər səsləndirib.
Onun sözlərini Fox News xəbər verir.

Amerika lideri qeyd edib ki, "Mənim ilk çuxurda çubuqumu gördünüzmü? Olduqca uzun, həqiqətən uzun. Bu, Co Bayden deyil, sizə deyim. Bu, Bayden deyil, elə deyilmi? Bu, yaxşı zərbə idi".

Bundan əvvəl Tramp ABŞ-ın təxminən beş müharibəni dayandırdığını, bunun qolfdan qat-qat vacib olduğunu bildirmişdi.

O, Şotlandiyada ikinci qolf meydançasının açılışında dedi: "Biz təxminən beş müharibəni dayandırdıq, ona görə də bu, qolf oynamaqdan daha vacibdir".

Bundan əvvəl ABŞ prezidenti qolf oynayarkən fırıldaqçılıqda ittiham olunub. Geniş şəkildə paylaşılan videoda kasdi (idman ləvazimatları daşıyan və məsləhətlərlə kömək edən qolfçu köməkçisi — Lenta.ru qeydi) Amerika liderinin qolf arabasının önündə gedir və sonra onun istiqamətinə top atır.

aia.az
Tərcümə şöbəsi



Seçilən
12
aia.az

1Mənbələr