AZ

Qatlanan “iPhone”un ilkin qiyməti açıqlandı

“Apple”ın ilk qatlana bilən “iPhone”u ən azı 2000 dollara (3 400 manat - red.) başa gələcək.

Bu barədə “JPMorgan” analitikləri məlumat yayıb.

Nəşrin məlumatına görə, “Apple” yeni modeli 2026-cı ilin ikinci yarısında, ehtimal ki, sentyabrda təqdim etməyə hazır olacaq. Eyni zamanda, ekspertlər bildiriblər, 2025-ci ilin payızına planlaşdırılan “iPhone 17” potensial alıcılara ciddi təkmilləşdirmələr təklif etməyəcək.

Qeyd edilib ki, “iPhone” seriyasında ilk olan qatlana bilən smartfonun “iPhone 18” seriyalı cihazlarla eyni vaxtda satışa çıxacağı gözlənilir.

Qatlana bilən “iPhone Fold”un satışı 2027-ci ildə bir neçə on milyonlarla ədədlə başlayacaq. Bir ildən sonra korporasiya dövriyyəyə 45 milyon cihaz buraxmalıdır. Yeni qacet əsas 7,8 düymlük ekrana və əlavə 5,5 düymlük ekrana sahib olacaq. \\Yeniavaz.com

Seçilən
22
1
hurriyyet.az

2Mənbələr