Bakı. Trend:
Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıqyaşanır.
Trend “SkyNews”a istinadən xəbər verir ki, Londonun Hitrou, Qatvik və LondonSiti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraqdayandırılıb.
Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyitəmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşlarınsayı məhdudlaşdırılıb.
Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəkitexniki problemdən qaynaqlandığı qeyd olunub.
Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilirki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır vəproblem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələnreyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqəsaxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur.
Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidəolunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçüngözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlumdeyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgəçalışdıqlarını bildiriblər.