AZ

ABŞ senatoru: “Bakı ilə İrəvan arasında sülh daha geniş beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar aça bilər”

“Bakı və İrəvan müstəqil regional gələcəyə doğru irəliləyir”.

Bizim.Media xəbər verir ki, bunu Respublikaçı senator Stiv Deyns “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Prezidenti: “Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”


O qeyd edib ki, Ermənistan və Azərbaycan daha müstəqil xarici siyasətə can atır və beynəlxalq ictimaiyyətlə yaxınlaşmada perspektivlər görürlər.

“Bakı ilə İrəvan arasında sülh sazişi həm Cənubi Qafqaz ölkələri, həm də daha geniş beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar aça bilər”, — deyə Deyns bildirib.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr