BAKI, 30 iyul. TELEQRAF
Növbəti mövsüm hazırlıqlarını davam etdirən "İmişli" və "Karvan-Yevlax" yoxlama oyunu keçirib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma İmişli təmsilçisinin 1:2 hesabll məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də start götürəcək.