AZ

Ərəb ölkələri HƏMAS-ı Qəzzada hakimiyyətdən imtina etməyə çağırıblar

Qətər, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb ölkələri, HƏMAS-ı Qəzza zolağında hakimiyyətdən imtina etməyə çağıran bəyanatı dəstəkləyiblər.

Bu barədə Olaylar xarici mənbələrə istinadən xəbər verir.

"Sənəddə bildirilir: chr("39")HƏMAS Qəzzadakı hakimiyyətinə son qoymalı və silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir... məqsəd suveren və müstəqil Fələstin dövlətinin yaradılmasıdırchr("39")," - deyə İsrail və Fələstin üçün iki dövlətin yaradılması prosesinin bərpasına həsr olunmuş BMT konfransında qəbul edilmiş sənəddə qeyd olunub.

Konfransa Səudiyyə Ərəbistanı ilə birgə sədrlik edən Fransa xarici işlər naziri Jan-Noel Barro vurğulayıb ki, "ərəb və Yaxın Şərq ölkələri ilk dəfə HƏMAS-ı və 2023-cü il 7 oktyabr hadisələrini pisləyiblər."

Qeyd edək ki, ABŞ HƏMAS-ın Qəzzada sülhə meyil göstərməyən cavabından sonra Dohadakı danışıqlar komandasını geri çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr