Salat və xəmirdə geniş istifadə olunan alma sirkəsi, şəxsi qulluq və sağlamlıq baxımından da bir çox fayda təmin edir. Mütəxəssislər bildirir ki, bu təbii məhsul düzgün şəkildə istifadə edildikdə, bahalı kosmetik vasitələrə alternativ ola bilər.
News24.az xəbər verir ki, təmiz halda istifadəsi tövsiyə olunmayan alma sirkəsi su ilə seyreldildikdə xüsusilə saç baxımı üçün təsirlidir. Kimyəvi tərkibli şampun və kremlərin solğunlaşdırdığı saçlar, alma sirkəsi ilə sürətlə canlanır. Şampunla saçınızı yuduqdan sonra bir stəkan ilıq suya bir çay qaşığı alma sirkəsi əlavə edib saçınıza tətbiq edin, 2 dəqiqə saxlayıb durulayın.
Alma sirkəsi həmçinin təbii dezodorant kimi də istifadə oluna bilər. Antibakterial təsiri sayəsində qoltukaltına çəkildikdə həm pis qoxunu aradan qaldırır, həm də təravət hissi verir.
Gündəlik həyatda yalnız bir çay qaşığı alma sirkəsi ilə həm sağlamlıq, həm də gözəllik üçün böyük faydalar əldə etmək mümkündür.
Xeyrənsə Piriyeva