AZ

Qoz qabığı kifayətdir: Heç kimin danışmadığı təbii möcüzə

Ən sevilən qidalar arasında yer alan qoz, yalnız içliyilə deyil, qabığı ilə də bədənə inanılmaz faydalar təqdim edir. Çox zaman dəyər verilmədən atılan qoz qabıqları əslində vitamin və antioksidant deposudur.

News24.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, qozun xüsusilə quru xarici qabığı, dəmlənərək içildikdə soyuqdəymə və öskürəyə qarşı təbii müalicə vasitəsinə çevrilir. Eyni zamanda bağırsaqlarda yaranan qurd və soxulcanların təmizlənməsi, eləcə də mədənin sakitləşdirilməsi üçün gündə iki dəfə içilməsi tövsiyə olunur.

Qoz qabıqları həmçinin immun sistemini gücləndirir, bədəni infeksiyalardan qoruyur və dərinin qocalmasını ləngidir. Araşdırmalara görə, qozun faydalı maddələrinin böyük hissəsi məhz qabıq hissəsində toplanır.

Ənənəvi kənd yerlərində odun kimi istifadə edilən bu təbii resursu atmaq əvəzinə, düzgün şəkildə istifadə etməklə həm sağlamlığa fayda, həm də israfın qarşısını almaq mümkündür.

Xeyrənsə Piriyeva

Seçilən
57
news24.az

1Mənbələr