AZ

Almaniya uzaq mənzilli dronlar hazırlayır...

...Almaniya Silahlı Qüvvələri düşmən ərazisinin dərinliklərində hədəfləri vurmaq üçün nəzərdə tutulmuş uzaq mənzilli hücum pilotsuz təyyarələrinin yaradılması layihəsini hazırlamağa başlayıb.

SİA xəbər verir ki, bu barədə Handelsblatt məlumat yayıb. Nəşrin yazdığına görə, Almaniya Hərbi Hava Qüvvələri aparıcı müdafiə şirkətlərinə və startaplara sorğu göndərdikdən sonra üç konsorsium müvafiq konsepsiyalar hazırlayır. Layihədə Airbus Defence amerikan startapı Kratos ilə birlikdə, Rheinmetall isə dron tərtibatçısı Anduril ilə əməkdaşlıq edir.

Münhen startapı Helsing də işdə iştirak edir.

...Onlar minlərlə kilometr məsafə qət etməli, hədəflərinə təkbaşına çatmalı və mümkünsə, aşkarlanmamalıdırlar. 2029-cu ilə qədər Bundesver arsenalında ilk belə dronlara sahib olmaq istəyir, - məqalədə deyilir.

Yeni pilotsuz təyyarələrin uçuş məsafəsinin min kilometri keçməli, uçuş sürətinin isə səs sürətinə yaxınlaşması dəqiqləşdirilir.

Bundan əlavə, onlar süni intellektə arxalanaraq PUA-ları avtonom etmək istəyirlər. Almaniya Müdafiə Nazirliyi Handelsblatt-a layihə üzrə ilkin danışıqların artıq aparıldığını təsdiqləyib.

Lakin hələlik tender elan edilməyib.

Əli Babayev

Seçilən
16
sia.az

1Mənbələr