
Vladimir Zelenskinin taleyi Rusiya, ABŞ və Çin liderlərinin görüşündə həll oluna bilər.
Olaylar xəbər verir ki,bunu NEWS.ru-ya Rusiyanın İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov deyib.
"Zelenski başa düşür ki, vaxt azalır. O anlayır ki, Putin, Tramp və Si Tszinpinin görüşündə onun taleyi tam şəkildə müəyyən ediləcək", - deyə Roqov bildirib.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə ABŞ-ın sabiq prezidenti Donald Trampın sentyabrda Çində, eyni şəhərdə olduqları təqdirdə, görüşə biləcəklərini istisna etməmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31