Cənubi Koreyada davam edən güclü istilər nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə yüksəlib. Bu barədə Yonhap agentliyi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinə (KDCA) istinadən məlumat yayıb.
May ayından bəri 2 768 nəfər günvurma və isti ilə bağlı digər simptomlarla təcili yardım şöbələrinə müraciət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici təxminən 2,6 dəfə, ölüm halları isə üç dəfədən çox artıb.
Rəsmi qurumlar əhaliyə xəbərdarlıq edərək bildiriblər ki, ölkədə isti hava şəraiti yaxın günlərdə daha da güclənəcək. Hazırda Cənubi Koreyanın əksər bölgələrində yüksək temperaturla bağlı rəsmi xəbərdarlıqlar qüvvədədir.
//Samir Qurbanov, Editor.az