AZ

Xərçəngin dərmanı dənizlərdə ola bilərmi?

Dərin dəniz bakteriyalarında kəşf edilən bir şəkər birləşməsi, piroptoz adlanan iltihablı hüceyrə ölümünü təşviq edir. Bu birləşmə təkcə xərçəngli hüceyrələri məhv etməklə kifayətlənmir, həm də immun sisteminə mübarizəyə qoşulma siqnalı göndərir.

HİT.az xəbər verir ki, laboratoriya təcrübələrində və siçanlarda təsirli olan birləşmə, güclü anti-tümör effektləri nümayiş etdirdi. Bu kəşf, təbiətin öz molekullarından istifadə edərək hədəflənmiş məhvi aktivləşdirən və xərçəng müalicəsində yeni bir üsulun qapısını açır.

Proqramlaşdırılmış hüceyrə ölümünün iltihablı forması olan piroptozu təşviq etmək, xərçəng üçün ümidverici müalicə strategiyasına çevrilib. "The FASEB Journal" jurnalında dərc edilən araşdırmada alimlər dərin dəniz bakteriyalarından uzun zəncirli şəkər molekulu (ekzopolisaxarid) təcrid edərək, onun tümör böyüməsini dayandırmaq üçün piroptozu təşviq etdiyini sübut ediblər.

Bu yeni şəkər forması, xüsusilə leykemiya hüceyrələrində olan 5 membran fosfolipidinə birbaşa təsir edərək piroptozu təşviq edir və şiş toxumasında zəhərli təsir göstərir. Qaraciyər xərçəngli siçanlarla aparılan təcrübələrdə immun sisteminin tümörə qarşı aktivləşdiyi müşahidə edildi.

Bu yeni üsulun dərmana və ya müalicəyə çevrilməsindən əvvəl, ola biləcək yan təsirlərin araşdırılması da daxil olmaqla, illərlə davam edəcək tədqiqat prosesi tələb olunur. Lakin bu inkişafın xərçəngə qarşı mübarizədə ümid verdiyini inkar etmək olmaz.

Samir
 

Seçilən
6
hit.az

1Mənbələr