BAKI, 30 iyul. TELEQRAF
Kareya Xalq Demokratik Respublikasının (KXDR) Ali Xalq Məclisinin sədri Pak İn-çol bəyan edib ki, ABŞ və Cənubi Koreya yarımadada nüvə müharibəsi ssenarisini həyata keçirməyə hazırlaşırlar.
Teleqraf xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransında məlumat verib.
Pak İn-çol bildirib ki, ABŞ və Cənubi Koreya arasında nüvə müharibəsinə hazırlıq artıq təhlükəli mərhələyə qədəm qoyub. O əlavə edib ki, bu vəziyyət KXDR-i geosiyasi böhrana cavab olaraq bütün lazımi tədbirləri görməyə məcbur edir.
Pak, KXDR-in suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün təhlükəsizlik sahəsində təhdidlərin qarşısını almağa ciddi yanaşdığını vurğulayıb.
O həmçinin qeyd edib ki, ABŞ və onun "peykləri" öz hegemonluğunu saxlamaq üçün qeyri-sabitlik və xaosa təhrik edir və Pxenyan "Amerika tiranlığına" dözməyəcək, beynəlxalq ədaləti müdafiə edəcək.