İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına HƏMAS -ın silahı yerə qoymasında və atəşkəsdə maraqlı deyil. HƏMAS -ın fəaliyyətindən istifadə edərək Fələstin dövlətinin yaradılmasının qarşısını alır. Bir növ Qəzzada HƏMAS və İsrailin "gizli İttifaqı" var. Çünki, HƏMAS Qəzzada mülki infrastrukturun dağıldılmasında və fələstinlilərin humanitar böhranına görə silahı yerə qoymalı idi.
İsrail Baş nazirinin planı Qəzzadan fələstinlilərin çıxarılması və anklavı İsrailin ərazisinə ilhaq etməkdir. Təbii ki, İsrail hərbi-siyasi kabineti iki ilə yaxın müddətdə HƏMASİ Qəzzadan tam çıxara bilərdi. Necə ki,12 gün ərzində İranın generallarını yatdığı yerdə vurdu. İranın hərbi infrastrukturunu ciddi zədələdi. Hazırda HƏMAS girovları əlində saxlaması və fəaliyyəti Bünyamin Netanyahunun sistemli İlhaq siyasətinə cavab verir.
İsrail xalqı Binyamin Netanyahunun Qəzzada apardığı hərbi əməliyyatlara və humanitar böhrana görə əziyyət çəkir. Baş verənlər beynəlxalq anti-semitizmi tətikləyir.
Baş nazir Binyamin Netanyahu prezident D.Tramp Ağ Evdə olduğundan istifadə edərək Qəzza və Fələstin muxtariyyətini tam olaraq İsrail ərazisinə daxil etməyi başa çatmaqda maraqlıdır. Ötən həftə Knesettə İordan çayının Qərb sahilini İsrailin ərazisi kimi tanınması üçün de-yure qətnamə qəbul edildi. Və növbəti qətnamələrin qəbulu Qəzza zolağına və digər Fələstin muxtariyyətinin ərazilərinə şamil olunması istisna deyil.
Binyamin Netanyahu tərəfindən Qəzzada yaşayış məskənlərinin yer üzündən silinməsi və humanitar fəlakətin yaşadılmasında əsas məqsəd yerli xaliq buradan çıxmasına məcbur etməkdir. Qəzza ilə bağlı yaxın aylarda konsensus gözlənilmir. Çünki HƏMAS fəaliyyətini davam etdirir. Artıq HƏMAS Qəzzaya göndərilən humanitar yükləri mənimsəyərək xalqa güllə atır. Bu onu göstərir ki, HƏMAS Binyamin Netanyahu ilə "iş birliyindədir". Ərəb ölkələrinin HƏMAS və Qəzza ilə bağlı bəyanatı ritorikadan ibarətdir.
Məhəmməd Əsədullazadə