AZ

Olimpiya çempionu Pakistanda faciəvi şəkildə öldü

Bakı. Trend:

Pakistanda Karakorum dağlarının Laila zirvəsinə qalxarkən ağırxəsarət alan almaniyalı sabiq biatlonçu, ikiqat Olimpiya vədəfələrlə dünya çempionu Laura Dahlmayerin öldüyü açıqlanıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, idmançının meneceri 31 yaşlıatletin zirvəyə dırmanarkən 5700 metr hündürlükdə daş uçqununəticəsində həyatını itirdiyini bildirib.

L.Dahlmayerin ağır xəsarət alması barədə məlumat yayıldıqdansonra yüksək dağlıq ərazidə və çətin şəraitdə xilasetməəməliyyatının həyata keçirilməsinə başlanıb. Hadisə yerininhelikopterlə müşahidəsi aparılarkən təcrübəli alpinistdə həyatəlamətləri müşahidə edilməyib. Laila zirvəsi daş uçqunu və havaşəraitinin pisləşməsi səbəbi ilə cəsədin çıxarılması xilasetməqrupları üçün təhlükəli və qeyri-real hesab olunub.

İdmançının meneceri bu kimi hallarda onun cəsədinin götürülməsiüçün heç kimin həyatını təhlükəyə atmamasının Laura Dahlmayerinyazılı və qəti arzusu olduğunu bildirib: “Onun arzusu bu haldacəsədinin dağda qalması idi. Bu, yaxınlarının da istəyidir və onlarhamıdan Lauranın son arzusuna hörmətlə yanaşmağı xahişedirlər”.

Qeyd edək ki, L.Dahlmayer qış idman növləri tarixində ən uğurluidmançılardan biri hesab olunur. O, 2018-ci ildə Cənubi Koreyadakeçirilən Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medalqazanıb. Bundan başqa, L.Dahlmayer yeddi dəfə dünya çempionu olub.Təcrübəli idmançı dünya çempionatlarında ardıcıl mövsümlərdəümumilikdə 13 medal, bir çempionatda isə beş qızıl medal qazananilk qadın biatlonçu kimi tarixə düşüb. Onun Dünya Kubokundaümumilikdə 20 qələbəsi var. L.Dahlmayer bu titullara 25 yaşınadəknail olub. Belə ki, o, 2019-cu ildə gözlənilmədən idman karyerasınıbaşa vurub, sonrakı illərdə isə dağ xizəyi bələdçisi ixtisası üzrətəhsil alıb. Almaniyanın ZDF telekanalında biatlon üzrə ekspertkimi çalışan L.Dahlmayer idman karyerasından sonra dağçılıqlaməşğul olub.

Qeyd edək ki, hündürlüyü 6096 metr olan Laila zirvəsi dünyanınən çətin dırmanan zirvələrindən hesab olunur.

Seçilən
15
4
az.trend.az

5Mənbələr