AZ

Ekvadorda quldurlar gözəllik kraliçasını güllələyiblər...

Ekvadorda quldurlar Manabi əyalətinin keçmiş gözəllik kraliçası Ester Qabriela Murillo Kruzu öldürüb, sevgilisini və qızını yaralayıb.

SİA-nın məlumatına görə, bu barədə The Sun xəbər verir. İyulun 26-da hücum zamanı qadın ailəsi ilə Manta şəhərinin küçələrindən birində maşınla hərəkət edirdi.

Motosiklet sürən quldurlar avtomobilə yetişərək atəş açıblar. Hücum nəticəsində Kruz xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları xəstəxanada qalıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bundan əvvəl Myanmanın keçmiş gözəllik kraliçası Sili Mee zəlzələ zamanı uşağı xilas etməyə çalışdıqdan sonra Mandalayda binanın dağıntıları altında ölü tapılmışdı.

Nazlı Almuradova

Seçilən
33
sia.az

1Mənbələr