AZ

Bu vaxt dənizdə çimənlər cəzalandırıla bilər

Yay aylarında insanlar istirahət məqsədilə tez-tez dəniz kənarına üz tutur, çimərliklərdə vaxt keçirirlər. Bəziləri isə günün qaranlıq saatlarında, xüsusilə də gecələr dənizə girməyi üstün tutur. Halbuki bu, təhlükəli hesab olunur. Gecə vaxtı nəzarət imkanları azalır, boğulma riski artır. Bəs belə hallarda qanunvericilik nə deyir? Gecə dənizdə çimməyə görə cərimə nəzərdə tutulubmu? Vəkil Fariz Namazlı Metbuat.az-a açıqlamasında bildirib ki, dənizdə insan həyatının təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən qaydalar və göstərişlər tətbiq oluna bilər. Bu göstərişlərə əməl olunmaması isə inzibati məsuliyyət yarada bilər: "İnzibati Xətalar Məcəlləsində qeyd olunub ki, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların, eləcə də dəniz üzgüçülüyünün təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi göstərişlərə əməl olunmaması, həmçinin gəmilərin istismarı və idarə olunması qaydalarının pozulması fiziki şəxslər üçün 300 manat, vəzifəli şəxslər üçün 500 manat, hüquqi şəxslər üçün isə 5000 manat məbləğində cərimə ilə nəticələnə bilər”. F.Namazlı əlavə edib ki, "gecə dənizdə çimmək" birbaşa olaraq qanunvericilikdə ayrıca göstərilməsə də, əgər bu hərəkət təhlükəsizlik qaydalarının pozulmasına, insan həyatı və ətraf mühit üçün real təhlükə yaratmağa səbəb olursa, bu zaman İnzibati Xətalar Məcəlləsinin 307.4-cü maddəsinə əsasən məsuliyyət nəzərdə tutula bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
17
metbuat.az

1Mənbələr