AZ

Belçika iki İsrail əsgərinə qarşı müharibə cinayətləri işini Beynəlxalq Cinayət Məhkəməsinə göndərmək qərarına gəlib


Belçika Federal Prokurorluğu Qəzzada müharibə cinayətləri ilə bağlı şikayətlər əsasında nəzarətə alınan və sorğu-sual edilən iki İsrail əsgərinin işinin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) verilməsinə qərar verdiyini açıqlayıb.
Federal Prokurorluq, Brüsseldə yerləşən Hind Rəcəb Vəqfinin iyulun 18-19-da Belçikanın Boom qəsəbəsində keçiriləcək Tomorrowland Festivalına qatılmaq üçün Belçikaya gələn iki İsrail əsgərinə qarşı şikayət etdiyini açıqlayıb.


Açıqlamada, Federal Prokurorluğun şikayəti nəzərdən keçirdikdən sonra İsrail əsgərlərinin dosyelərinin BCM-yə göndərilməsinə qərar verdiyi vurğulanaraq, qərarın Belçikanın beynəlxalq öhdəliklərinə uyğun olaraq qəbul edildiyi və ədalət mühakiməsinin düzgün şəkildə həyata keçirilməsinin təmin edildiyi qeyd edilib.

Hind Rəcəb Vəqfi iyulun 21-də Belçika Federal Polisinin Qəzzada müharibə cinayətləri ilə bağlı şikayətlər əsasında iki İsrail əsgərini saxlayıb və sorğu-sual etdiyini açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi insidentlə bağlı açıqlamasında vətəndaşlarının həbsdə dindirildiyini təsdiqləsə də, səbəbini açıqlamayıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
14
aia.az

1Mənbələr