
Rusiya Ədliyyə Nazirliyi mərhum müxalifətçi Aleksey Navalnının “Patriot” kitabını “ekstremist” materiallar siyahısına əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə departamentin saytında dərc olunmuş məlumatda bildirilib.
Siyahıya 2024-cü ildə Litvanın “One Book Publishing” nəşriyyatı tərəfindən dərc edilmiş rusdilli nəşr daxildir.
Bildirilib ki, Navalnının xatirələrinin “ekstremist” materiallar siyahısına salınması barədə qərarı iyunun 9-da Leninqrad vilayət məhkəməsi qəbul edib.