Fransanın Luara-Atlantik departamentində yerləşən yüksəkriskli Seveso təsnifatına malik kimya məhsulları zavodunda kimyəvi maddələrin sızması qeydə alınıb.
Publika.az xəbər verir ki, hadisə zamanı azot turşusu və sulfat turşusu tərkibli maddənin tökülməsi nəticəsində zavod ərazisində sarımtıl tüstü yaranıb.
İnsan itkisi və ya ciddi xəsarət barədə məlumat yoxdur.
Müəssisə rəhbərliyi 100 metr radiusda yerləşən qonşu müəssisələri xəbərdar edərək onlardan özlərini izolyasiya etmələrini xahiş edib. Tüstünün yayılmasının qarşısını almaq üçün su pərdəsi qurulub.