AZ

Yakutiyada ayı insanlara hücum etdi: yaralı var

Rusiyanın Yakutiya bölgəsinin Allaixovski rayonunda ayı yerli sakinə hücum edib. Hadisə Elan çayı ərazisində baş verib.

Məlumata görə, ayı insana səbəbsiz yerə hücum edərək ona çoxsaylı xəsarətlər yetirib. Hazırda yaralının vəziyyəti ilə bağlı məlumat verilməyib.

Hadisədən sonra bölgədə təhlükə yaratdığı üçün ayının axtarışına başlanılıb və onun zərərsizləşdirilməsi planlaşdırılır. Bu barədə KP.RU məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl İrkutskda bir kişi öz həyətinə daxil olan ayını qışqıraraq qovmuşdu. Hadisənin videosunda ayının zibillikdə eşələndiyi, daha sonra isə kişinin qışqırıqları ilə qaçdığı görünür.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr