“Putin əmin olsa ki, ABŞ-də Trampa impiçment elan oluna bilər, onun mövqelərinin gücləndirilməsi üçün güzəştə gedə bilər. Çünki Putin əsas məqsədinə çoxdan nail olub - Krıma quru yolu təmin edilib. Putin Trampdan istifadə edərək, Rusiya iqtisadiyyatının gücləndirilməsi, Trampın Nobel Sülh Mükafatı alması və Rusiyaya tətbiq olunmuş sanksiyaların aradan qaldırılması üçün atəşkəsə razı ola bilər. Putin sadəcə sülhü baha satmaq istəyir”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Tramp atəşkəs üçün Putinə 10 gün vaxt verməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiyada başa düşürlər ki, hətta Trampın qurban verilməsi ilə belə Ukraynanı tam məğlub etmək indiki mərhələdə alınmayacaq. “Ona görə də Rusiyanın atəşkəsə gedəcəyi ehtimalı böyükdür. Müdrik qərar bu olardı”, - o qeyd edib.
Mürtəza