AZ

Ukrayna Silahlı Qüvvələri (AFU) Zaporojya vilayətinə zərbələr endirib

Ukrayna

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində uşaq meydançasına zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə regionun rəhbəri Yevgeni Balitski Telegram-da məlumat verib.

Zaporojye vilayətinin qubernatorunun sözlərinə görə, Ukrayna bölmələri Vasilyevka şəhərindəki uşaq meydançasını atəşə tutub. Nəticədə iki uşaq xəsarət alıb.

"Uşaqlar qəlpə yaraları ilə xəstəxanaya aparılıb, onlara yardım göstərilir. Təcili yardım xidmətləri ilə əlaqə saxlayıram. Təkrar zərbələr endirmək təhlükəsi hələ də qalır", - Balitski bildirib.

Məryəm Quliyeva

Seçilən
1
xalqcebhesi.az

1Mənbələr