AZ

Günəş şüaları xərçəng riskini artırır - Həkimdən xəbərdarlıq 

"Birbaşa günəş şüaları altında təhlükəsiz qalma müddəti hər bir insan üçün fərqlidir və günün vaxtından, eləcə də dərinin tipindən asılıdır. Ən zərərsiz hesab olunan vaxt səhər saat 10:00-a qədər və axşam saat 16:00-dan sonradır".

Ölkə.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Kirill Masliyev danışıb.

O izah edib ki, I fototip (kelt tipli dəri) olan insanlar üçün hətta 5–7 dəqiqəlik günəşə məruz qalma təhlükəli ola bilər. Bununla belə, günün ən isti saatlarında birbaşa günəş şüaları altında olmaq bütün insanlar üçün təhlükəlidir və bu, həm günəş yanığına, həm də müxtəlif dəri xərçəngi növlərinin inkişafına səbəb ola bilər:

“Günəş şüaları ilə əlaqəli üç ən çox yayılan dəri xərçəngi növü var. Bazal hüceyrəli karsinoma – adətən bədənin açıq hissələrində, üz, boyun və ya əllərdə əmələ gəlir. Bu şiş yavaş inkişaf edir və nadir hallarda metastaz verir, lakin cərrahi yolla götürülməlidir. Yastı hüceyrəli karsinoma daha aqressivdir və daha çox metastaz verir".

Həkim ən təhlükəli növ kimi melanomanı qeyd edib. Bu, xalların üzərində, ultrabənövşəyi şüaların təsiri ilə inkişaf edir. O, kənarları qeyri-bərabər olan və ya qəfil rəngini dəyişən xalların aşkarlandığı halda dərhal həkimə müraciət etməyi tövsiyə edib.

Həmidə İbrahimova

Seçilən
13
olke.az

1Mənbələr