AZ

Ailə üzvləri bir-birini niyə öldürür?

Son dövrlər ailədaxili qətllərlə bağlı xəbərlər sürətlə artır.

Əvvəllər daha çox intihar hadisələri ilə bağlı xəbərlərə rast gəlinirdisə, indi ailədaxili qətllər, xüsusilə də ailə üzvləri arasında baş verən zorakılıq halları ön plana çıxır. 

İnsanlar sanki ən yaxınlarına, birgə yaşadıqları insanlara qarşı düşmən mövqeyi tutmağa başlayıblar. Ən çox münaqişələrin yaşandığı münasibətlərdən biri də ər-arvad, gəlin-qayınana, ata-oğul münasibətləridir.

Bəs belə halların çoxalmasının səbəbi nədir?

“Cebheinfo.az” –  a mövzu ilə bağlı açıqlama verən psixoloq Vüsalə Əmiraslova bildirib ki, ailə dəyərlərinin zəifliyi və valideyn müdaxilələri münaqişələrə yol açır:

“Ailə dəyərləri ilə bağlı həm məktəblərdə, həm də  universitetlərdə məlumatların azlığı belə hadisələrə səbəb olur. Əlbəttə ki, sosial şəbəkələrdə insanların öz həyat tərzləri ilə başqa həyat tərzlərini  müqayisə etmələri, daha özgür yaşamaq istəmələri, təkbaşına qərar almaları çox vaxt ailə münaqişələrinə səbəb ola bilir. 

Müxtəlif tərbiyəyə sahib inasanlar bir araya gələndə artıq böyüklərin sözünü dinləməməyə, dəyər verməməyə  başlayırlar. Ailə münaqişələrində valideynlərin də bəzən çox böyük rolu olur. Qız anaları çox vaxt "qızımın arxasında durmuşam, ona dəstəyəm" kimi fikirlər səsləndirirlər, həmçinin oğlan tərəfdə də bu kimi hallar baş verir”.

Psixoloq qeyd edib ki, gəlin-qayınana və ümumən ailədaxili münaqişələr empatiya, anlayış və qarşılıqlı hörmətin çatışmazlığından qaynaqlanır:

“Son vaxtlar gəlin-qayınana münaqişələri də artmaqdadır. Belə hallar bir-birini anlamamaqdan, az dəyər verməkdən və hörmətsizlikdən  yaranır. Həmçinin, ailədaxili münaqişələrin artması empatiya ilə də əlaqədardır. Tərəflər hər zaman ortaq fikirdə qərarlaşmalıdırlar. Belə halların azalması üçün insanlar bir –birini anlamalı, fikirlərə hörmətlə yanaşmalıdır”.

Seçilən
7
cebheinfo.az

1Mənbələr