AZ

Müsəvinin açıqlaması İranda geniş sosial-siyasi sorğulamanın göstəricisidir - Ramin Vəkilov

BAKI, TurkicWorld, Nailə Babazadə

İranın tanınmış müxalif lideri və rejimin daxilindən olan Mirhüseyn Müsəvinin referendumla bağlı son açıqlaması ölkədə geniş rezonans doğurub. Bu barədə TurkicWorld-a açıqlamasında siyasi ekspert Ramin Vəkilov deyib.

“Müsəvinin çıxışı təkcə rejimə qarşı müxalifət reaksiyası deyil, eyni zamanda İran cəmiyyəti üçün daha dərin və geniş bir sorğu-suallaşmanın əksidir”-deyə o qeyd edib.

Ekspert hesab edir ki, Müsəvi ölkədə baş vermiş ictimai etirazlara rəhbərlik etmiş, ev həbsinə məruz qalmış və siyasi fəaliyyətləri məhdudlaşdırılmış önəmli bir fiqurdur.

“Təbii ki onun referendumla əlaqəli təklifi özlüyündə bir müaxlifət refleksidir. Ama məsələ sadəcə bundan ibarət deyildir. Müsəvinin referendum tələbi eyni zamanda İrandakı intellektual və ziyalı təbəqənin 45 illik İrandakı siyası sistemi sorğulamasının bir şəkildə təzahürüdür”-deyə R.Vəkilov əlavə edib.

Siyasi ekspert vurğulayıb ki, İranlı general Qasim Süleymaninin ölümündən sonra cərəyan edən hadisələr və bunun pik nöqtəsi olan 12 günlük müharibədə (İsrail və İran arasında) İran dövlətinin performansı toplumdakı bu kimi radikal təklif və çıxışların təkanverici qüvvəsi olmaqdadır.

“Yaxın Şərqdə İranın mövqeyinin sürətlə zəifləməsi, İranın fərqli dövlət strukturlarına xarici kəşfiyat orqanlarının aşırı şəkildə sirayəti, İranın dövlət olaraq çəkindiriciliyini itiriməsi son nəticədə İrandakı mövcud rejimin uğursuzluğu olraraq qəbul edilməyə başlayıb. Eyni zamanda içəridəki iqtisadı böhran da geniş kütlələr tərəfindən rejimin ideoloji siyasi mahiyətinin nəticəsi olaraq görülür. İran zəngin təbii ehtiyatlara sahib olsa da, əhali bu sərvətlərdən öz payını ala bilmir. Buna görə həm iqtidar həm də ölkədəki siyasi sitem uzun müddətdir ciddi şəkildə sorğulanır,” – deyə o bildirir.

Bütün bunlara baxmayaraq Ramin Vəkilovun fikrincə, belə bir referendumun keçirilməsi hazırda real deyil.

“İran rejimini idarə edənlər yaxşı bilirlər ki belə bir addım onların yəni, ruhani elitasının tamamən hakimiyyətdən uzaqlaşdırılması və hətta mühakimə edilərək siyasi həyatın xaricinə atılması ilə nəticələnə bilər. Buna görə toplumun bütün təbəqələrinə nüfuz etmiş ruhani rejimi həm inzibati, həm də təbliğat-təşviqat vasitələrindən istifadə edərək bunun qarşısını alacaq. Digər bir tərəfdən, bilindiyi kimi İran klerikal yəni, dini ideologiyaya əsaslanan dövlətdir. Bu ideoloji əsasa görə hakimiyətin dünyəvi sistemə keçməsinin hüquqi (fighi) zəmini yoxdur. Yəni İran rejiminin əsasını təşkil edən vəlayəti-fəqih sisteminin hakimiyətin bir başqa sistemə ötürülməsini antolojik olaraq qəbul etməz. Yəni belə bir addımın İranda teolojik zəmini yoxdur” – deyə Vəkilov bildirib.

R.Vəkilov qeyd edir ki, bütün bunlara baxmayaraq Müsəvinin bu çıxışı İran cəmiyyətində belə mövzuların açıq müzakirəyə çıxarılması bəlkə də gələcəkdə sosial-siyasi dəyişikliklərə yol açan mühüm bir addım olacaqdır. “Bu proses ölkədə bir çox mövzuların yenidən gündəmə gəlməsinə imkan verə bilər”-deyə o əlavə edib.

Seçilən
6
turkic.world

1Mənbələr