AZ

Fransada zavodlardan birində kimyəvi sızma olub

Bakı. Trend:

Fransanın Luara-Atlantik departamentində yerləşən yüksək riskliSeveso təsnifatına malik kimya məhsulları zavodunda kimyəvimaddələrin sızması qeydə alınıb.

Trend xəbərverir ki, hadisə zamanı azot turşusu və sulfat turşusu tərkiblimaddənin tökülməsi nəticəsində zavod ərazisində sarımtıl tüstüyaranıb.

Departament prefekturasının məlumatına görə, hadisənin ilkinmərhələsində müəssisə rəhbərliyi 100 metr radiusda yerləşən qonşumüəssisələri xəbərdar edərək onlardan özlərini izolyasiyaetmələrini xahiş edib. Eyni zamanda, tüstünün yayılmasınınqarşısını almaq üçün su pərdəsi qurulub və hadisənin ətraf mühitətəsirini qiymətləndirmək üçün yanğınsöndürmə briqadası və Nantmetropolunun risklərin qarşısını alma üzrə əməliyyat qrupu yerindətədbirlər görüblər.

Prefektura bildirib ki, aparılmış təbirlər hadisənin müəssisəhüdudlarından kənarda heç bir təsir yaratmadığını göstərib və bunaəsasən önləyici izolyasiya tədbiri ləğv edilib. İlkin analiznəticələri təskinlikverici olaraq qiymətləndirilib.

Hadisə zamanı insan itkisi və ya ciddi xəsarət barədə məlumatverilməyib.

Seçilən
3
az.trend.az

1Mənbələr