AZ

SOCAR və “Itochu” enerji və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib

rbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiyanın “Itochu” Korporasiyası ilə neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri və sənayedə texnoloji yeniliklərin tətbiqi sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

SOCAR prezidenti Rövşən Nəcəf və “Itochu” Korporasiyasının baş əməliyyat direktoru, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri Tetsuya Yamada arasında keçirilən görüşdə iki şirkət arasında uzunmüddətli tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər regional və qlobal enerji layihələrində əməkdaşlığın davam etdirilməsi, iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq və digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

 

Seçilən
42
anews.az

1Mənbələr