
“Apple”ın ilk qatlana bilən “iPhone”u ən azı 2000 dollara (3 400 manat - red.) başa gələcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “JPMorgan” analitikləri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Apple” yeni modeli 2026-cı ilin ikinci yarısında, ehtimal ki, sentyabrda təqdim etməyə hazır olacaq. Eyni zamanda, ekspertlər bildiriblər, 2025-ci ilin payızına planlaşdırılan “iPhone 17” potensial alıcılara ciddi təkmilləşdirmələr təklif etməyəcək.
Qeyd edilib ki, “iPhone” seriyasında ilk olan qatlana bilən smartfonun “iPhone 18” seriyalı cihazlarla eyni vaxtda satışa çıxacağı gözlənilir.