AZ

İsti havaya necə hazırlaşmalı?– Həkim vacib tövsiyələr verir

Terapevt və nutrisiyoloq Nadejda Çernışova “MK” nəşrinə müsahibəsində isti günlərə necə hazırlaşmağın yollarını izah edib.

AzPost bildirir ki, həkimin sözlərinə görə, küçəyə çıxarkən iki şey mütləq yanınızda olmalıdır: içməli su və günəşdən qoruyucu krem. “Hətta papaq və uzunqollu geyimlə olsanız belə, krem əlinizin altında olmalıdır ki, günəş yanığından qorunasınız,” – deyə Çernışova bildirib.

O, günəş şüalarının ən aktiv olduğu 11:00-dan 15:00-a qədər çimərlikdə qalmağın riskli olduğunu, günəşlənmək üçün isə səhər və axşam saatlarının daha uyğun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu saatlarda günəş yanıqları və bədən temperaturunun artması riski minimuma enir.

Geyim məsələsinə gəlincə, mütəxəssis açıq rəngli, rahat və nəfəs alan, bədəni sıxmayan geyimlərin seçilməsini tövsiyə edib.

Qidalanmaya toxunan həkim qeyd edib ki, isti havada iştaha azalır və bədəni yükləmək olmaz: “Yağlı, qızardılmış, hisə verilmiş yeməklərdən və ət bulyonlu şorbalardan uzaq durmaq lazımdır. Onun əvəzinə tərəvəz salatları, süd məhsulları, balıq, toyuq və yumurta əsaslı yüngül yeməklər tövsiyə olunur.” Çernışova həmçinin əsas yeməklərin səhər və axşam saatlarına keçirilməsini, günorta isə sadə qəlyanaltılarla kifayətlənməyin daha sağlam olduğunu bildirib.

AzPost.az

Seçilən
19
azpost.info

1Mənbələr