AZ

"Kəpəz"in sabiq kapitanı Qazaxıstan klubunda 

"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu müəyyənləşib.

Modern.az xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanın “Tobol” komandasına transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb. Müqaviləsinin müddəti başa çatan futbolçu ötən ay “Kəpəz”dən ayrılıb.

Seçilən
15
5
modern.az

7Mənbələr