AZ

Bu formada avtomobil idarə edənlər cərimə oluna bilər? — AÇIQLAMA

"Yol hərəkəti qaydaları, nəqliyyat vasitələrinin təhlükəsiz idarəetmə qaydaları ilə bağlı təlimatlarda və qaydalarda bu birmənalı şəkildə göstərilib ki, başmaqla nəqliyyat vasitəsini idarə etmək olmaz". 

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.

"Yay vaxtı ilə, xüsusən əksər taksi sürücüləri demək olar ki, nəqliyyat vasitəsini başmaqla idarə edir və bu da nəticədə qəzaların yaranmasına səbəb olur. Çünki əyləcdən istifadə edərkən birdən başmağın sürüşməsi və yaxud da qəfil ayaqdan çıxması qurğuların idarə olunma sisteminin nasazlanmasına, müxtəlif fəsadlara, problemlərə gətirib çıxarır.
Bu mənada Dövlət Yol Polisi İdarəsinin bununla bağlı xəbərdarlığı mütləqdir və bununla bağlı cərimə tətbiqi mütləq olmalıdır".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
24
demokrat.az

1Mənbələr