“Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.
Bu barədə Bakues.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın “Sədərək” ticarət mərkəzinin ərazisində 3 kvadratmetr sahədə divar üzlüyünü əhatə edib.
Yanğın qısa müddətdə söndürülüb və genişlənməsinin qarşısı alınıb.