AZ

Bu NATO ölkəsi minlərlə zirehli texnika almağa qərar verdi

BAKI, 30 iyul. TELEQRAF

Almaniya hərbi texnika alışıüçün bir neçə milyard dollar dəyərində sifariş hazırlayır və hərbi büdcəsini 20 milyard avrodan çox artırmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bundesver üçün nəzərdə tutulan satınalma planına 20 "Eurofighter" qırıcısı, 3000-dək "Boxer" zirehli personal daşıyıcısı və 3500-dək "Patria" piyada döyüş maşını daxildir. Bundan əlavə, Almaniya Müdafiə Nazirliyi "IRIS-T" və "SkyRanger" hava hücumundan müdafiə sistemlərini almağı planlaşdırır.

Almaniya kansleri Fridrix Merz 2026-cı ildə 83 milyard avro təşkil edəcək hərbi büdcə xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün artıq parlament dəstəyini təmin edib. Bu, Almaniyanın müdafiə qabiliyyətini gücləndirmək və mövcud təhlükəsizlik təhdidlərinə cavab vermək məqsədi güdür.

Seçilən
36
teleqraf.com

1Mənbələr