Bakı. Trend:
Rusiyanın Xarici İşlər Nazirliyi İtaliya Prezidenti SercioMattarellanın, bu ölkəsinin Baş nazirinin müavini, xarici işlər vəbeynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin və müdafiə naziriQuido Krosettonun adlarını “rusofoblar” siyahısına daxil edib.
Trend xəbərverir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni bu siyahını diqqətirəsmi Moskvanın ağır məsuliyyətlərindən yayındırmaq məqsədidaşıyan, beynəlxalq ictimaiyyətə yaxşı məlum olan və əvvəldənqınanan növbəti təbliğat əməliyyatı kimi tənqid edib.
O, Rusiya tərəfinin bu addımını qəbulolunmaz təxribat kimiqiymətləndirib.
İtaliya Senatının sədri İqnazio Benito Maria La Russa ölkərəsmilərinə qarşı yönəlmiş təhdidləri ciddi və qəbuledilməzadlandırıb. İtaliya müxalifətinin nümayəndələri də Prezident SercioMattarellaya dəstək və həmrəylik ifadə ediblər.
Eyni zamanda, Rusiyanın Romadakı səfiri Aleksey Paramonovİtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinəçağırılıb.
Siyahıda Almaniya Kansleri Fridrix Merts, Fransa PrezidentiEmmanuel Makron, NATO-nun Baş katibi Mark Rutte və Avropaİttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə alinümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasında adı var.
Qeyd edək ki, “Rusofobiyanın təzahürlərinin nümunələri” RusiyaXarici İşlər Nazirliyinin saytında dərc olunan bölmənin adıdır vəfaktiki olaraq RF-nin “düşmənləri”nin qara siyahısıdır.